Əmlak Elit Ticarət Mərkəzindən 130 metr, Ziya Bünyadov prospektində yerləşən Dost Mərkəzindən isə cəmi 150 metr məsafədə yerləşən ayrıca bina tipli obyekt uzunmüddətli icarəyə verilir. Obyekt Əhməd Rəcəbli küçəsinə paralel yerləşir və həm yerləşmə, həm də rahat giriş-çıxış baxımından şirkətlər üçün çox əlverişli mövqedədir.
3 mərtəbədən ibarət olan bina layihə idarəsi, şirkətlərin baş ofisi, dövlət qurumlarının törəmə idarələri, atelye və digər fəaliyyət sahələri üçün ideal seçimdir. Hər mərtəbədə ayrıca sanuzel mövcuddur. Binanın həm ön, həm də yan giriş hissəsi var.
Obyektdə 3 faza işıq, daimi su, qaz və kamera nəzarət sistemi mövcuddur. Parking problemi yoxdur, bina qarşısında rahat avtomobil saxlamaq mümkündür. Ofis yarı əşyalı şəkildə təqdim olunur, əşyalarla bağlı məsələ danışıq yolu ilə həll edilə bilər. Təmirli vəziyyətdədir, icarəçinin istəyinə uyğun olaraq yüngül kosmetik dəyişikliklər və emulsiya işləri də mümkündür.
Çinar Parka məsafə təxminən 200 metrdir. Əhməd Rəcəbli ofislərinə giriş-çıxışın artıq rahat olması səbəbindən həmin ərazidə fəaliyyət göstərən şirkətlər üçün də olduqca maraqlı variant hesab olunur.
Ərazi sakitdir, giriş-çıxış zamanı tıxac problemi yaşanmır. Uzunmüddətli icarə üçün nəzərdə tutulub. Telefona və WhatsApp mesajlarına operativ şəkildə cavab verilir.